PFL bu oyunun yerini dəyişdi

  • Bu gün, 18:51

Son günlərdə bölgədə davam edən əlverişsiz hava şəraiti səbəbindən “Ağstafa Gəncləri” komandasının ev oyunlarını keçirdiyi Ağstafa şəhər stadionunun ot örtüyü yararsız vəziyyətə düşüb.

Sportlife.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bununla əlaqədar olaraq II Liqanın XX turu çərçivəsində martın 29-da keçiriləcək “Ağstafa Gəncləri” – “Quba” oyununun yeri dəyişdirilib. Hər 2 klubla müzakirənin yekunu olaraq PFL qarşılaşmanın Göygöl Olimpiya İdman Kompleksinin stadionunda keçirilməsinə qərar verib.

Oyunun başlanma saatı və digər detallarla bağlı dəyişiklik yoxdur.


Paylaş: