Naxçıvan klubundan səfər qələbəsi

  • Bu gün, 17:50

"Naxçıvan" komandası Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turunda qələbə qazanıb.

Sportlife.az xəbər verir ki, B qrupunda yer alan bölgə təmsilçisi səfərdə "Quba"nı məğlub edib – 103:96. Qarşılaşma Quba Olimpiya Kompleksində keçirilib.

"Naxçıvan" 36 xalla 2-ci, "Quba" 27 xalla 3-cü pillədə qərarlaşıb.

Bu gün B qrupunda, həmçinin "Ordu" – "Lənkəran" və "Sərhədçi" – "Sumqayıt" görüşləri baş tutacaq.


Paylaş: