Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı
Azərbaycanın UFC-dəki təmsilçisi Tofiq Musayev turnirdə növbəti döyüşünə çıxıb.
Sportlife.az xəbər verir ki, o, ABŞ-nin Sietl şəhərində təşkil olunan görüşdə İqnasio Bahamondeslə (Çili) qarşılaşıb.
Gərgin keçən üç raundda qalib müəyyənləşməyib. Hakimlər isə yekdilliklə Tofiq Musayevin qələbəsinə səs veriblər. Bu, Musayevin UFC-də ikinci döyüşü və ilk qələbəsi olub. O, daha əvvəl Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) uduzub (22 iyun, 2025-ci il).
İqnasio Bahamondes Azərbaycan döyüşçüləri üçün tanışdır. O, sonuncu dəfə Bakıdakı Azərbaycan təmsilçisi Rafael Fiziyevə məğlub olub.