Mikels ən yaxşı seçildi

  • Bu gün, 11:29

"Zirə"nin futbolçuları Leroy Mikels və Anje Mutsinzinin çıxış etdiyi Ruanda millisi  “FIFA Series – 2026” beynəlxalq turnirinin qalibi olub.

Sportlife.az xəbər verir ki, komanda həlledici görüşdə Estoniya millisi ilə üz-üzə gəlib.

Həm Mikels, həm də Mutsinzi oyuna start heyətində çıxıb. Görüş Ruandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qrenada ilə oyunda (4:0) millidə debüt edən və ilk qolunu vuran Leroy Mikels bu görüşdə də rəqib qapısına yol tapıb. O, həm də digər qolun ötürməsini edib. 30 yaşlı hücumçu bu oyunu ilə turnirin ən yaxşı futbolçusu seçilib.

Oyunda Leroy-Jakın Azərbaycanda çxış edən digər iki qardaşı - Coy-Lens Mikels ("Sabah") və Coy Slayd Mikels ("Karvan-Yevlax") də iştirak edib. Coy-Lens start heyətdə, Coy Slayd isə sonradan meydana çıxıb.


Paylaş: