"Barselona" çətin vəziyyətdə
"Barselona" "Əl-Hilal"dan icarəyə götürdüyü müdafiəçi Joau Kanselunu birdəfəlik transfer etməkdə maraqlıdır.
Sportlife.az xəbər verir ki, lakin Kataloniya klubu futbolçunun yüksək maaşı səbəbindən onun transfer hüququna yiyələnə bilmir.
"Barselona"nın planı oyunçunun "Əl-Hilal"dan ayrılması üçün danışıqlar aparması və daha sonra Kataloniya klubuna pulsuz transferlə qoşulmasıdır. Portuqaliyalı oyunçunun müqaviləsinin bitməsinə bir il qaldığı üçün yeni icarəsi mümkün deyil.
"Barselona" Kanselunu bu ilin yanvarında "Əl-Hilal"dan icarəyə götürüb. Futbolçunun bazar dəyəri 9 milyon avrodur.