Qovulan məşqçidən nümunəvi davranış
"Tottenhem"in baş məşqçisi İqor Tudor istefa verib.
Sportlife.az xəbər verir ki, xorvatiyalı mütəxəssislə müqaviləyə vaxtından əvvəl xitam verilib. Buna baxmayaraq, o, klubdan heç bir təzminat tələb etməyib.
Tudor bu ilin fevral ayında baş məşqçi təyin edilmişdi. Tərəflər mövsümün sonuna qədər müqavilə imzalamışdılar. O, təyinatından 6 həftə sonra istefaya göndərilib.
"Tottenhem" hazırda Premyer Liqa 30 xalla 17-ci yerdədir.