"İnter"in hücumçusu geri döndü
"İnter"in hücumçusu Lautaro Martines zədəsini sağaldıb.
Sportlife.az xəbər verir ki, argentinalı futbolçu A Seriyasının 31-ci turunda "Roma"ya qarşı oyuna əsas heyətdə çıxa bilər.
Lautaro Çempionlar Liqasının pley-off mərhələsinin "Budyo-Qlimt"lə ilk oyununda (1:3) zədələnmişdi.
Qeyd edək ki, "İnter" aprelin 5-də "Roma" ilə qarşılaşacaq.