Kazemiro Messi ilə eyni komandada?
"Mançester Yunayted" və Braziliya millisinin yarımmüdafiəçisi Kazemiro Lionel Messinin komanda yoldaşı ola bilər.
Sportlife.az xəbər verir ki, "İnter Mayami" artıq 34 yaşlı futbolçunun nümayəndələri ilə danışıqlara başlayıb.
Danışıqlar prosesinin detallar açıqlanmır.
Kazemironun özü də MLS-ə keçməyə hazırdır, lakin maliyyə məsələləri buna maneə ola bilər. O, Avropa və Səudiyyə Ərəbistanı klublarından da bir neçə təklif alıb.
"Mançester Yunayted" yarımmüdafiəçinin mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.