Millimiz Syerra-Leoneyə qarşı
Futbol üzrə Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində bu gün 2-ci oyununu keçirəcək.
Sportlife.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Syerra-Leone yığması ilə üz-üzə gələcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 19:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lusiya komandasını 6:1 hesabı ilə üstələyib.