CAF-in baş katibi istefa verdi
Afrika Futbol Konfederasiyasının baş katibi Veron Mossenqo Omba istefa verib.
Sportlife.az xəbər verir ki, “Reuters”in məlumatına görə, 66 yaşlı funksioner qərarını təqaüdə çıxması ilə izah edib.
Onun gedişi isə qurumdakı rəhbərlik böhranı, korrupsiya ittihamları və 2025-ci il Afrika Millətlər Kuboku ilə bağlı qalmaqallar fonunda baş verib. Mossenqo Ombanın yaş həddini keçməsinə baxmayaraq vəzifədə qalması da tənqid olunurdu.
Qeyd edək ki, əslən Konqodan olan İsveçrə vətəndaşı Mossenqo Ombanın yaxın aylarda öz ölkəsinin futbol federasiyasının prezidentliyinə namizəd olacağı gözlənilir. Onun yerinə müvəqqəti olaraq yarışlar üzrə direktor Samson Adamu təyin edilib. Xatırladaq ki, Seneqal hökuməti AFCON finalındakı qalmaqallı qərardan sonra CAF-ın fəaliyyəti ilə bağlı beynəlxalq araşdırma aparılmasını tələb edib.