“Barselona” Silvadan imtina edib

  • 29 Mart 2026, 11:32

"Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva karyerasını “Barselona”da davam etdirmək istəyir.

Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçunun agenti Jorje Mendeş Kataloniya klubu ilə mümkün müqavilə haqda danışıqlara başlayıb. Lakin ispaniyalılar Bernardonu pulsuz olsa belə, transfer etmək istəmirlər. “Barselona” transferi uğurla başa vurub-vurmayacağından əmin deyil.

Silvanın “Mançester Siti” ilə hazırkı müqaviləsinin müddəti 2025/2026 mövsümünün sonunda başa çatır və bu da onu tezliklə azad agentə çevirə bilər.


Paylaş: