Bellingem 2-ci oyunu da buraxacaq
İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem Yaponiya ilə yoldaşlıq oyununu buraxacaq.
Sportlife.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Tomas Tuxel açıqlama verib.
Onun sözlərinə görə, Cud əzələ zədəsini sağaltsa da, riskə atılmayacaq.
Bellinqem Uruqvayla (1:1) yoldaşlıq oyununu da buraxmışdı.
İngiltərə - Yaponiya matçı bu gün keçiriləcək.