"Tottenhem"də yeni baş məşqçi
Roberto De Zerbi "Tottenhem"in yeni baş məşqçisi olacaq.
Sportlife.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media platforması X-də məlumat yayıb.
İddiaya görə, mütəxəssisin London klubu ilə müqaviləsi 5 illik olacaq. De Zerbi və "Tottenhem" hazırda məşqçilər heyətinin formalaşdırılması üzərində işləyirlər.
De Zerbi əvvəllər də İngiltərə Premyer Liqasında işləyib. O, "Brayton"u çalışdırıb. İtaliyalı məşqçinin son iş yeri "Marsel" olub.