İki yarımmüdafiəçi MS-nin hədəfində

  • Bu gün, 14:58

"Mançester Siti" yarımmüdafiəçilər Sandro Tonali ("Nyukasl") və Elliott Andersonu ("Nottingem Forest") transfer etməkdə maraqlıdır.

Sportlife.az xəbər verir ki, keçidin ümumi dəyəri təxminən 220 milyon avro ola bilər.

Rodri və Bernardu Silvanın mümkün gedişini nəzərə alan "Siti" yarımmüdafiə xəttini yenidən qurmağı planlaşdırır. 

Tonali 2023-cü ilin iyul ayından "Nyukasl"da, Anderson isə 2024-cü ilin iyul ayından "Nottingem Forest"də oynayır. 


Paylaş: