Yığmamız seçmə mərhələdə 3-cü oldu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundunda son oyununa çıxıb.
Sportlife.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstanın Plovdiv şəhərindəki 3-cü görüşündə Malta yığması ilə qarşılaşıb. “Nikola Şterev - Starika İdman Kompleksi”ndə keçirilən matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. Komandamızın heyətində ilk qolu 57-ci dəqiqədə Əli Bəşirov vurub, 72-ci dəqiqədə isə rəqibin oyunçusu avtoqola imza atıb.