Millimizin hər iki rəqibi uduzdu

  • Bu gün, 15:12

UEFA Millətlər Liqasında yığmamızın rəqibləri olan Litva və Lixtenşteyn komandaları növbəti oyunlarını keçirib.

Sportlife.az xəbər verir ki, litvalılar Gürcüstan millisini qəbul edib. Kaunasda keçirilən qarşılaşma gürcülərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qonşularımızın heyətində Jorj Mikautadze dubl edib.

Litvalılar 3 gün öncə səfərdə Moldovaya 2:0 hesabı ilə qalib gəlmişdi.

Digər rəqibimiz Lixtenşteyn yığması isə Ruandada keçirilən “FIFA Series” turnirində final görüşünə çıxıb. Həlledici matçda Aruba ilə qarşılaşan avropalılar 1:4 hesabı ilə yenilib.

Xatırladaq ki, milli komandamız Millətlər Liqasında Litva ilə sentyabrın 27-də səfərdə, oktyabrın 4-də isə öz meydanında qarşılaşacaq. Lixtenşteyni oktyabrın 1-də qəbul edib, noyabrın 13-də onlara qonaq olacaq.


Paylaş: