Tanınmış futbolçu baş məşqçi oldu

  • Bu gün, 12:48

Cermeyn Defo İngiltərənin V Liqasında mübarizə aparan "Uokinq" klubunun baş məşqçisi təyin edilib.

Sportlife.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Defo əvvəllər "Tottenhem" akademiyasında məşqçisi kimi çalışıb və "Reyncers"də Stiven Cerrardın köməkçisi olub.

O, futbolçu kimi "Vest Hem", "Bornmut", "Tottenhem", "Portsmut", "Sanderlend", "Toronto" və "Reyncers"də oynayıb.


Paylaş: