"Şamaxı"nın legioneri Ruandada 3-cü oldu

  • Bu gün, 11:08

“Şamaxı”nın futbolçusu Alfons Mabula Msanqa Tanzaniya yığmasının heyətində növbəti oyununa çıxıb.

Sportlife.az xəbər verir ki, onun komandası Ruandada keçirilən “FIFA Series” çərçivəsində 3-cü yer uğrunda matçda Makau ilə qarşılaşıb.

Görüşə ehtiyat oyunçular skamyasında başlayan Msanqa fasilədən sonra meydana çıxıb. Matç Tanzaniya yığmasının 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da “Şamaxı”nın yarımmüdafiəçisi millinin heyətində “FIFA Series” turnirində 3-cü olub.


Paylaş: