Cerrarddan Salahın yerinə 3 namizəd
"Liverpul"un keçmiş kapitanı Stiven Cerrard mövsümün sonunda klubdan ayrılacağını açıqlayan Məhəmməd Salahın yerinə potensial namizədlərin adlarını açıqlayıb.
Sportlife.az xəbər verir ki, veteran futbolçu 3 oyunçunu fərqləndirib:
"Salahı əvəz etmək çox çətin və bahalı olacaq. Xüsusi birinə ehtiyacınız var. Əgər "Liverpul"dasınızsa, artıq təcrübəli və dərhal nəticə verə bilən bir oyunçu əldə etməlisiniz. Mənim üçün bu, Maykl Olise olardı.
Dyomande cəmi 19 yaşındadır, amma müdafiəçiləri asanlıqla keçir. Sammervillin çıxışını da çox yüksək qiymətləndirirəm. O, təkbətək vəziyyətlərdə fantastikdir, uğura can atır. Çətinlik çəkən komandada o, həqiqətən də parlaq bir nümunədir. Mövsüm keçdikcə daha da yaxşılaşır".