"Hakimlər daim "Real"a kömək edir - Laporta
"Barcelona" klubunun prezidenti Joan Laporta hakimlərin onlara qaşı qərəzli olduğunu iddia edib.
Sportlife.az xəbər verir ki, o, "El Pais"ə müsahibəsində bildirib ki, hakimlər katalon klubuna qarşı ədalətli davranmır:
“Mən həmişə düşünmüşəm ki, biz daha güclü olmalıyıq. Çünki hakimlər bizə qarşıdır. Görünür, onlar daim "Real"a kömək edir. ‘Barselona’ya qarşı açıq qərəz var”.
Hazırda İspaniya çempionatında 29 turdan sonra "Barcelona" 73 xalla turnir cədvəlinə başçılıq edir. "Real" isə 69 xalla ikinci pillədə qərarlaşıb.