Levandovski “Barselona”da qalacaq?
"Barselona" hücumçusu Robert Levandovski ilə müqaviləni uzatmaq fikrindədir.
Sportlife.az xəbər verir ki, Kataloniya klubu 37 yaşlı forvarda maaşın əhəmiyyətli dərəcədə azaldılması şərti ilə bir illik müqavilə təklif edəcək. Polşalı hücumçunun Kataloniya klubundakı gələcəyini müəyyən edən əsas məqam onun baş məşqçi Hans-Diter Flik ilə qarşıdan gələn görüşü olacaq.
Mənbənin məlumatına görə, "Bareslona" Levandovskinin aprelin sonu və ya may ayının əvvəlinə qədər cavabını gözləyəcək. Qeyd edilir ki, hücumçunun yeni müqavilə üzrə əmək haqqı təxminən 50 faiz azaldılacaq.
Qeyd edək ki, bu mövsüm Levandovski 37 oyuna 16 qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt portalında oyunçunun bazar dəyəri 8 milyon avrodur