Hər üç oyunda məğlubiyyət

  • Bu gün, 13:56

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II təsnifat mərhələsində mübarizəni başa vurub.

Sportlife.az xəbər verir ki, İspaniyanın Kadis şəhərində start götürən yarışda C qrupunda yer alan millimiz ev sahibi İspaniya ilə yanaşı, Estoniya və Niderland yığmaları ilə qarşılaşıb.

Komandamız keçirdiyi bütün oyunlarda məğlub olub. Belə ki, Azərbaycan millisi 27 martda İspaniyaya 0:3, 28 martda Niderlanda 0:3, 29 martda isə Estoniyaya 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, AVRO-2026-nın II təsnifat mərhələsində 20 komanda beş qrupda mübarizə aparıb və qrup qalibləri qitə çempionatının final mərhələsinə vəsiqə qazanıb.


Paylaş: