Millinin direktorundan Salaha məsləhət
Misir milli komandasının direktoru İbrahim Həsən Məhəmməd Salah "Liverpul"dan ayrıldıqdan sonra MLS-ə keçməsi qərarına qarşı çıxıb.
Sportlife.az xəbər verir ki, o, ulduz futbolçunun Avropada qalmağını istəyir:
"Eşitdiyimə görə, PSJ, "Bavariya" və bir sıra Seriya A klubları ona maraq göstərirlər.
MLS-ə keçid? Məhəmməd diqqət mərkəzindən çox uzaq olardı. Salah Avropadan heç bir təklif almasa, xüsusən də həmin liqada Kriştianu Ronaldu kimi böyük adların olduğunu nəzərə alsaq, Səudiyyə Ərəbistanına keçid yaxşı seçim olardı".