II Liqada 14:0 hesabı

  • Bu gün, 17:13

Futbol üzrə Azərbaycan II Liqasında XX tura yekun vurulub. 

Sportlife.az xəbər verir ki, son oyun günündə 1 matç keçirilib. 2-ci yerdəki "Xankəndi" 8-ci pillədəki "Kür-Araz"la üz-üzə gəlib. Matçda fantastik hesab qeydə alınıb. Çempionatın lideri "Xankəndi" (57 xal) rəqibini 14 cavabsız qolla darmadağın edib. 

30 mart (bazar ertəsi)

14:00. “Xankəndi” – “Kür-Araz” - 14:0

Qollar: B.Teymurov, 18, 42, 66, R.Məhərrəmov, 21, E.Nəsibov, 34, 38, 43, T.Qurbatov, 53, 57, E.Quliyev, 60-pen; M.Caniyev, 69, 85, İ.Səfərzadə, 75, Ə.Mürsəlov, 87

"Palms Sports" Futbol Mərkəzi (IV meydança)

28 mart (şənbə)

"Şəki Siti” - “Dinamo” - 1:6

29 mart (bazar)

“Ağstafa Gəncləri” – “Quba” - 0:1

“Ağdaş” – “Araz Saatlı” - 0:0

“Şəmkir” – “Göygöl” - 0:0

“Qaradağ Lökbatan” – “Şirvan” - 7:3


Paylaş: