"Qarabağ"dan qadın və uşaq azarkeşlərə güzəşt

  • Bu gün, 15:35

“Qarabağ” Azərbaycan Kuboku çərçivəsində “Sabah” ilə keçiriləcək qarşılaşmada bəzi azarkeş kateqoriyaları üçün xüsusi güzəştlər tətbiq olunacaq.

Sportlife.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belə ki, qadın azarkeşlər üçün stadiona giriş ödənişsiz olacaq.

Eyni zamanda, 15 yaşınadək uşaqlar valideynləri ilə birlikdə stadiona gəldikləri halda biletsiz (ödənişsiz) daxil ola biləcəklər.

15 yaşınadək uşaqlar stadiona tək gəldikləri halda giriş ödənişli olacaq. Uşaqları ilə gələn valideynlər isə özləri üçün bilet əldə etməlidirlər. Yalnız uşaqlar üçün giriş ödənişsizdir (valideyn müşayiəti ilə).

Uşaqların və onlarla stadiona gələcək valideynlərin, eləcə də xanımların biletlərini mütləq şəkildə oyun günü kassalardan əldə etmələri vacibdir. Biletsiz giriş mümkün deyil. Bu qayda hər kəsə aiddir – biletlər yalnız oyun günü stadionun kassasından əldə olunmalıdır.

Aprelin 3-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sabah” oyunu saat 20:00-da start götürəcək.


Paylaş: