İnfantino: "İran üçün yalnız A planımız var"
FIFA prezidenti Canni İnfantino İran milli komandasının ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında iştirakı üçün heç bir ehtiyat planın olmadığını açıqlayıb.
Sportlife.az xəbər verir ki, o, qarşı tərəfə lazımi təhlüksəzilik təminatı veriləcəyini vurğulayıb:
"Biz real dünyada yaşayırıq və İran milli komandası üçün vəziyyətin nə qədər çətin olduğunu başa düşürük, amma çalışırıq və onların mundial oyunlarını mümkün olan ən yaxşı şəraitdə keçirmələrini təmin edəcəyik. B, C və ya D planı yoxdur - yalnız A planı var. Biz mürəkkəb geosiyasi kontekstdə yaşayırıq və bu problemləri həll edə bilmərik, amma birləşmək və dünyanın sülh və şənlik atmosferində bir araya gəlməsi üçün şərait yaratmaq imkanımız var".