Millimiz FIFA turnirinin qalibi oldu
Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turniri çərçivəsində sonuncu oyununu keçirib.
Sportlife.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Syerra-Leone yığması ilə qarşılaşıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə bitdiyi üçün penaltilər seriyasına ehtiyac duyulub.
Hesabı 28-ci dəqiqədə rəqibin futbolçusu Daniel Kanu açıb. Millimizin müdafiəçisi Rahil Məmmədov 72-ci dəqiqədə akrobatik zərbə ilə hesabı bərabərləşdirib.
Oyunun penaltilər hissəsində daha dəqiq olan (9:8) Azərbaycan yığması qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi ilk oyununda Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.