20 yaşında karyerasını bitirdi

  • Bu gün, 12:13

Yapon fiqurlu konkisürən Hana Yoşida 20 yaşında karyerasını bitirib.

Sportlife.az xəbər verir ki, idmançı bu xəbəri sosial media səhifəsində açıqlayıb:

"Bu mövsümün sonunda yarış karyeramı bitirmək və növbəti mərhələyə keçmək qərarına gəldiyimi elan etmək istəyirəm. Hər bir xatirə və təcrübə xüsusi və unudulmaz olub.

Sevginizə və dəstəyinizə görə hamınıza səmimi qəlbdən təşəkkür edirəm. Çox çalışmağa davam edəcəyəm və tezliklə sizi yenidən görməyi ümid edirəm".

Hana Yoşida Çində (2023) və Finlandiyada (2024) keçirilən Dünya Qran Prisinin qalibi olub. O, həmçinin Qran Pri Finalında (2023) bürünc medal qazanıb.


Paylaş: