De Bruynedən milli qərarı
"Napoli"nin yarımmüdafiəçisi Kevin De Bruyne Belçika milli komandasındakı gələcəyi ilə bağlı fikirlərini bildirib.
Sportlife.az xəbər verir ki, ulduz futbolçu yığma ilə vidalaşmaq niyyətində olmadığını bildirib:
"Dünya çempionatından sonra milli komandadan ayrılmağı planlaşdırmıram. Özümü yaxşı hiss etdiyim müddətcə oynamağa davam edəcəyəm".
DÇ-2026-da Belçika Misir, İran və Yeni Zelandiya ilə bir qrupda oynayacaq.
34 yaşlı yarımmüdafiəçi milli komandada 116 oyun keçirib, 36 qol vurub və 53 məhsuldar ötürmə edib.