KL: "Araz-Naxçıvan"dan ev, "Sabah"dan səfər qələbəsi

  • 24 İyul 2025, 23:00

"Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Yunanıstan təmsilçisi "Aris"ə qalib gəlib.

Sportlife.az xəbər verir ki, "Dalğa Arena"da keçirilən qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə bitib.

Qarşılaşmada hesabı qonaqlar açıblar. 66-cı dəqiqədə Moron Loren fərqlənib. Bununla belə, özündə güc tapan meydan sahibləri 75-ci dəqiqədə Felipe Santosun, 3 dəqiqə sonra isə Patrik Andradenin qoluna seviniblər.

"Sabah" isə Moldovada "Petrokub"a 2 cavabsız qolla qalib gəlib.

Hesabı 82-ci dəqiqədə kapitan Pavol Şafranko açıb. 90+1-ci dəqiqədə isə Kahim Perris yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, hər iki komandamız cavab matçlarını iyulun 31-də keçirəcək.


Paylaş: