
Millinin futbolçusu Liqa 1-də oynayacaq
Koreya millisinin yarımmüdafiəçisi Hon Xön-Sok "Maynts"dan klubundan "Nant"a keçib.
Sportlife.az xəbər verir ki, klublar 26 yaşlı koreyalının bir illik icarəyə götürülməsi barədə razılıq əldə ediblər.
Oyunçunun dəyəri 3,5 milyon avro qiymətləndirilir.
Ötən mövsüm Xön-Sok bütün yarışlarda 30 matçda iştirak edib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.