"Milan"ın futbolçusu Premyer Liqa yolunda

  • 31 İyul 2025, 10:50

"Milan"ın vingeri Samuel Çukvueze karyerasını İngiltərədə davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, 26 yaşlı nigeriyalı ilə "Fulhem" maraqlanır. Tərəflər transferlə bağlı danışıqlara başlayıb.

Ötən mövsüm Çukvueze 36 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun dəyərini 10 milyon avro qiymətləndirir.


Paylaş: