Avropa birinciliyində 2 medal

  • 31 İyul 2025, 15:10

Azərbaycan ağırlıqqaldıranı Muhəmmədəli Məmmədzadə (88 kq) İspaniyanın paytaxtı Madriddə təşkil olunan U-15 Avropa birinciliyində 2 gümüş medal qazanıb.

Sportlife.az xəbər verir ki, son yarış günündə mübarizəyə qoşulan idmançı birdənqaldırma hərəkətində 122 kq nəticə ilə ikinci olub. Daha sonra təkanlaqaldırma hərəkətində 147 kq çəkininin öhdəsindən gəlib.

İki hərəkətin cəmində 269 kq nəticəyə imza atan atlet yenidən gümüş medal qazanıb.

Qeyd edək ki, bu çəki dərəcəsində yarışmış digər təmsilçimiz Ayxan Məmmədov toplamda 218 kq (102+116) nəticə ilə Avropa birinciliyini 6-cı pillədə başa vurub.


Paylaş: