"Zirə"dən erkən vida

  • Dünən, 01:38

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Xayduk”la (Xorvatiya) qarşılaşan “Zirə” məğlub olaraq mübarizəni dayandırıb.

Sportlife.az xəbər verir ki, Split şəhərindəki “Polyud” stadionunda keçirilən qarşılaşmada ev sahibləri 2:1 hesablı qələbə qazanıblar.

Görüşdə hesabı ev sahibləri açıb. Filip Krovinoviç 19-cu dəqiqədə fərqlənib. Qarşılaşmanın 90+3-cü dəqiqəsində adını tabloya yazdıran İssa Cibrilla hesabı bərabərləşdirib - 1:1.

Görüşün əsas vaxtı bu hesabla başa çatıb və matçda hərəsi 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılıb.

"Xayduk"un heyətində 93-cü dəqiqədə cərimə zərbəsini dəqiq yerinə yetirən Yassin Benrahu komandasına qələbə qazandırıb.


Paylaş: