
KL: Cavab oyunlarının təyinatları
Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına təyinatlar bəlli olub.
Sportlife.az xəbər verir ki, "Sabah"ın Bakıda Bolqarıstanın "Levski" (Sofiya) komandasına qarşı keçirəcəyi matçı Ukraynadan olan hakimlər briqadası idarə edəcək.
FIFA referisi Mikola Balakinə Oleksandr Berkut və Viktor Matyaş kömək göstərəcək. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək. VAR-da Oleksiy Derevinski, AVAR-da Klim Zabroda əyləşəcək.
"Araz-Naxçıvan"ın Kiprdə "Omoniya"ya qarşı keçirəcəyi görüşdə isə Danimarkadan olan ədalət sahibləri söz sahibi olacaqlar. Baş hakim Yakob Kehletə, Lars Hummelqaard və Martin Markus yardımçı olacaq. Dördüncü hakim funksiyasını Mikel Redder yerinə yetirəcək. VAR-da Sandi Putros, AVAR-da Morten Kroq əyləşəcək.
Qeyd edək ki, "Sabah" - "Levski" matçı saat 20:00-da, "Omoniya" - "Araz-Naxçıvan" qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.