
Ukraynalı gəlir, rus göndərilir
"Bornmut"un müdafiəçisi İlya Zabarninin PSJ-yə keçməsinə bir addım qalıb.
Sportlife.az xəbər verir ki, klublar yalnız transferin təfərrüatlarını razılaşdırmalıdırlar. 22 yaşlı futbolçu Paris klubu ilə hələ may ayında razılaşıb. Müqavilə 5 illik olacaq.
PSJ-nin ukraynalı futbolçu üçün İngiltərə komandasına təxminən 70 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, Zabarninin transferi reallaşsa, komandadaxili münaqişələrin qarşısını almaq üçün PSJ-nin Rusiya millisinin qapıçısı Matvey Safonovla yollarını ayıracağı ehtimal olunur.