
Messi ilə yeni müqavilənin müddəti bilindi
"İnter Mayami"nin kapitanı Lionel Messi klubu ilə müqaviləsini 2028-ci ilin sonuna qədər uzadacaq.
Sportlife.az xəbər verir ki, yeni razılaşma yaxın həftələrdə açıqlanacaq. 38 yaşlı argentinalının klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin sonuna qədərdir.
Qeyd edək ki, Leo 2026-cı il dünya çempionatında və 2028-ci il Amerika Kubokunda çıxış etməyi planlaşdırır.
Messi bu mövsüm "İnter Mayami"nin heyətində 23 oyun keçirib, 19 qol vurub və 2 məhsuldar ötürmə verib.