ÇL: "Qarabağ" III mərhələnin qapısını araladı

  • Dünən, 00:40

"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə İrlandiya təmsilçisi "Şelburn"a böyük hesabla qalib gəlib.

Sportlife.az xəbər verir ki, Dublindəki “Tolka Park” arenada baş tutan görüşdə Ağdam kollektivi 3:0 hesablı qələbəyə sevinib.

"Köhlən atlar"ın heyətində Leandro Andrade (13), Aleksey Kaşuk (81) və Nəriman Axundzadə (85) fərqləniblər.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Bakıda keçiriləcək. Növbəti tura adlayan tərəf III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FKSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.


Paylaş: