
"Sumqayıt"dan daha bir transfer
2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.
Sportlife.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi beninli cinah oyunçusu Abdul Raşid Mumini ilə 3 illik sözləşmə imzalayıb. 20 yaşlı futbolçu "25" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "Sumqayıt" buna qədər heyətini Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə və Nikola Ninkoviçlə gücləndirib.