
"Araz-Naxçıvan" Yunanıstanda mərhələ adladı
“Araz-Naxçıvan” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab matçını keçirib.
Sportlife.az xəbər verir ki, Naxçıvan təmsilçisi Yunanıstanda “Aris” komandası ilə görüşüb.
Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda ilk oyunda 2:1 hesablı qələbəyə sevinmişdi. Cavab matçında məhsuldar heç-heçə qeydə alınıb - 2:2. Bu nəticə Azərbaycan təmsilçisini növbəti mərhələyə daşıyıb.
"Araz-Naxçıvan" növbəti raundda Kipr təmsilçisi "Omoniya" ilə qarşılaşacaq.