Zədəli futbolçu icarəyə verildi

  • 31 İyul 2025, 13:49

"Atletiko" yarımmüdafiəçisi Toma Lemar "Jirona"ya icarəyə verilib.

Sportlife.az xəbər verir ki, 29 yaşlı fransalı ilə müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Ötən mövsüm Lemar əzələ zədəsi səbəbindən bəzi oyunları buraxmalı olub. Mövsüm ərzində cəmi 8 oyun keçirib və qol vurmayıb.


Paylaş: