
Güləşçilərimizdən 73 medal
Azərbaycan güləşçiləri bu il keçirilən Avropa çempionatlarında yüksək nəticələrə imza atıblar.
Sportlife.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, idmançılarımız müxtəlif yaş qrupları üzrə qitə çempionatlarında ümumilikdə 73 medal qazanıblar.
Həmin yarışlarda 22 dəfə Azərbaycan Himni səsləndirilib. 21 güləşçimiz gümüş, 30-u isə bürünc mükafata sahib çıxıb.
Sərbəst güləşçilər Avropa çempionatlarında 8 qızıl, 12 gümüş və 13 bürünc medal qazanıblar. Yunan-Roma güləşində təmsilçilərimiz 8 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, 8 dəfə ikinci, 11 dəfə isə üçüncü yerlə kifayətləniblər. Qadın güləşçilər 4 qızıl, 1 gümüş və 5 bürünc medalla yadda qalıblar. Çimərlik güləşində isə 2 qızıl və 1 bürünc mükafat əldə olunub.