
"İnter" 30 milyona razılaşdı
"Kristal Pelas" "İnter"in müdafiəçisi Yann Bisseki heyətinə qatmağa hazırlaşır.
Sportlife.az xəbər verir ki, İngiltərə klubu 24 yaşlı futbolçu üçün 30 milyon avrodan çox ödəməyə hazırdır.
"İnter" daha əvvəl "Vest Hem"in 20 milyon avroluq təklifini rədd edib.
Bissek ötən mövsüm 46 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.