"Zirə"ni sevindirən xəbər

  • 31 İyul 2025, 16:37

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Splitdə “Zirə” ilə qarşılaşacaq “Hayduk” ciddi itki ilə üzləşib.

Sportlife.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, meydan sahiblərinin aparıcı futbolçusu Marino Skelin dizindən aldığı zədəyə görə meydana çıxmayacaq.

Split təmsilçisi üçün bu, ciddi itki hesab edilir. Çünki 18 yaşlı mərkəz müdafiəçisi Bakıda öz komandasının ən yaxşılarından biri olmuşdu (1:1).

Xorvat həmkarlarımızın iddiasına görə, Qonzalo Qarsiya Skelini Branimir Mlaçiç və ya Fran Karaçiçlə əvəzləyəcək.

Qeyd edək ki, "Hayduk" - "Zirə" matçı bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Paylaş: