
"Fənərbağça"da portuqaliyalı müdafiəçi
"Fənərbağça" klubu Nelson Semedunu transfer edib.
Sportlife.az xəbər verir ki, 31 yaşlı müdafiəçi tibbi müayinədən keçmək və klubla müqavilə imzalamaq üçün İstanbula gəlib.
Qeyd edək ki, futbolçu azad agent kimi İstanbul klubuna keçib.
Ötən mövsüm Semedu 37 matçda iştirak edib və 5 məhsuldar ötürmə ilə yadda qalıb.