"Qarabağ" - "Şelburn": Start heyətləri

  • Dünən, 18:57

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda "Qarabağ"la İrlandiyanın "Şelburn" komandası arasında keçiriləcək cavab oyunu üçün start heyətləri açıqlanıb.

Sportlife.az xəbər verir ki, komandalar saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar.

"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44 Elvin Cəfərquliyev, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 11. Emmanuel Adday, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

"Şelburn": 13. Vessel Spil, 4. Kameron Ledvic, 18. Ceyms Norris, 15. Samuel Boun, 24. Lyuis Templ, 5. Ellis Çapman, 8. Mark Koyl, 17. Daniel Kelli, 10. Con Martin, 23. Kerr Makinroy, 11. Ademipo Odubeko

Baş məşqçi: Cozef Obrayn

Qeyd edək ki, komandalar arasında ilk oyun "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdam klubu rəqibini mübarizədən kənarlaşdıracağı halda, III təsnifat mərhələsində FKSB (Rumıniya) - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.


Paylaş: