
PSJ Şkrinyarın gedişinə icazə verdi
"Fənərbağça" Milan Şkrinyarın transferi üçün PSJ ilə razılığa gəlib.
Sportlife.az xəbər verir ki, İstanbul klubu qarşı tərəfə 10 milyon avro təzminat ödəyəcək.
Sloveniyalı müdafiəçinin illik maaşı isə 7 milyon avro təşkil edəcək.
30 yaşlı futbolçunun bu gün İstanbula gələcəyi və 4 illik müqaviləyə imza atacağı gözlənilir.