
İbrahima Vadji "Turan Tovuz"da
“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportlife.az xəbər verir ki, son olaraq Fransa təmsilçisi "Sent-Etyen"də çıxış edən hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə "Qaziantep BB", Norveçdə "Molde" və "Hauqesund", ölkəmizdə isə "Qarabağ"ın formasını geyinib.