Messi rəqibini vurdu

  • 31 İyul 2025, 11:08

"İnter Mayami"nin kapitanı Lionel Messi Liqa Kuboku matçında "Atlas"ın yarımmüdafiəçisi Serxio Ernandeslə mübahisə edib.

Sportlife.az xəbər verir ki, futbolçular arasında əvvəlcə sözlü mübahisə olub, daha sonra 38 yaşlı argentinalı əlini rəqibinin başına qoyaraq, yanağına zərbə endirib.

Matçın kosta-rikalı baş hakimi Xose Kalderon isə hadisəyə məhəl qoymayıb.

Qeyd edək ki,“İnter Mayami” II turda “Nekaska” ilə, “Atlas” isə “Orlando Siti” ilə qarşılaşacaq.


Paylaş: