"Kəpəz"in sabiq kapitanı "Tobol"da

  • Dünən, 16:34

Ötən mövsümün sonunda "Kəpəz"dən ayrılan Yeqor Xvalko karyerasını Qazaxıstanda davam etdirəcək.

Sportlife.az xəbər verir ki, belaruslu müdafiəçi "Tobol" klubuna keçib.

Kostanay təmsilçisi 28 yaşlı oyunçu ilə imzalanmış müqavilənin detallarını açıqlamayıb.

Qeyd edək ki, Yeqor Xvalko "Kəpəz"in heyətində 95 çempionat matçında meydana çıxaraq 3 qol vurub. Təcrübəli futbolçu son iki mövsümdə "Kəpəz"in kapitanlarından olub.


Paylaş: